“Qol güləşi” yarışı

5 Mart - Bədən tərbiyəsi və İdman Günü ilə əlaqədar məktəbimizdə “İdman həftəsi” layihəsi həyata keçirilir. Layihənin keçirilməsində məqsəd təhsilalanların idmana da marağını artırmaq və sağlam həyat tərzini təbliğ etməkdir. Layihə çərçivəsində 01.03.2024 – cü il tarixdə “Qol güləşi” təşkil edildi. Yeniyetmələr qabiliyyət uğrunda gərgin və maraqlı yarış nümayiş etdirdilər. Qol gücünü sınayan idmançılarımızdan Xb sinif şagirdi Əlizadə Xanoğlan I, XI sinif şagirdi Babayev Əli II, Xa sinif şagirdi Alızadə Məhyəddin isə III yerə layiq görüldülər. Güləşçilərimiz Diplomla mükafatlandırıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi