XX əsrin dəhşətli faciəsi - Xocalı soyqırımı

Məktəbimizin IXa sinfində “ XX əsrin dəhşətli faciəsi - Xocalı soyqırımı” mövzusunda tədbir keçirildi. Sinif rəhbəri Əkbərova Hüsniyyə çıxış edərək bildirdi ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı bir hadisədir. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Azərbaycanlılar tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən törədilmiş kütləvi qırğınlarla müşayiət olunub. Tədbir iştirakçıları da Xocalı faciəsi ilə bağlı hazırladıqları məruzələrlə çıxış edərək , “Xocalıya ədalət!” dünyanı gəzir, beynəlxalq kürsülərdən insanları haqsızlığa, zülmə, terrorçuluğa qarşı mübarizəyə çağırır. Məqsəd Xocalı faciəsinin əsl mahiyyətini, cinayətkarları və onların havadarlarını dünyaya bəyan etmək, bəzi beynəlxalq təşkilatları haqqın səsinə səs verməyə çağırmaqdır “ deyə vurğuladılar. Şagirdlərə Xocalı faciəsi haqqında videoçarxlar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi