Zəfərə gedən yol
19.01.2024-cü il tarixində məktəbin tarix müəllimi Əkbərova Hüsniyyənin təşkilatçılığı ilə IX siniflər arasında II Qarabağ müharibəsinin tarixinin gənc nəslə aşılanması, onların elmə,maarifləndirici yarışlara marağın artırılmasını təmin etmək, intellektual səviyyələrini yüksəltmək məqsədilə “Zəfərə gedən yol” adlı bilik yarışı keçirildi. Təşkil olunmuş komandalar onlara təqdim olunmuş sualları fəallıqla cavablandırmağa çalışdılar. Yarışmanın sonunda ümumi nəticələrə əsasən yüksək bal toplamış komanda qalib elan olundu.