Son zəng – son vida

14 iyun son dərs günü Respublikamızın bütün məktəblərində həm sevinc, həm də kədərlə keçirilən “Son zəng” tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Məzunlar musiqi sədaları altında sıraya düzüldülər. 11 il bundan əvvəl çantasına gücü çatmayan kiçik uşaqlar indi qürurlu Azərbaycan gəncliyinin timsalı kimi öz səmimi ürək sözlərini söylədilər, gələcəkdə vətənimizin layiqli qurucuları olacaqlarına söz verdilər. Çıxış edən müəllimlər, valideynlər keçən ilin məzunları yeni həyata qədəm qoyan bu gənclərə uğurlar dilədilər. Yüksək əhval-ruhiyyə ilə keçirilən tədbir şən, oynaq milli musiqi sədaları altında sona çatdı. Valideynlər öz övladları ilə birlikdə məktəbimizdən xoş təəssüratlarla ayrıldılar.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi