Uğurlu gələcək bizimlə gələcək!

Epidemiya ilə əlaqədar olaraq tədrisdə yaranmış fasilə şagirdlərin təhsil almalarına mane olmur. Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəhimova Aysel onlayn üsulla fənninin tədrisini davam etdirir. Fənn müəllimi mövzuları proqram üzrə izah edir, tapşırıqların yerinə yetirilməsində şagirdlərə yardımçı olur. Aysel müəllimə xüsusilə belə bir çətin vaxtda müəllim-şagird əməkdaşlığının əhəmiyyətli rol oynadığını vurğulayır. Şagirdlərin təlim prosesindən geri qalmaması və asudə vaxtlarının səmərəli istifadəsi üçün fənn müəllimi bacardığı qədər kömək göstərir, əlindən gələni əsirgəmir.