Nəriman Nərimanov - 150
İctimai –siyasi xadim, yazıçı, publisist Azərbaycan SSR-in ilk dövlət və hökumət başçısı, 1920-1922-ci illərdə Azərbaycan XKS-nin sədri olmuş Nəriman Nərimanovun həyat və fəaliyyəti haqqında 8-11-ci sinif şagirdlərinin iştirakı ilə onlayın konfrans keçirildi. Şagirdlərdən Ş.Fərhadzadə, R.Məmmədzadə, C.Qarayeva, N.Əlizadə N.Nərimanovun ictimai–siyasi xadim kimi geniş fəaliyyətindən danışdılar. Şagirdlərdən Z.Yusibova, X.Nəbiyeva onun ədəbi yaradıcıllığı haqqında məlumat verdilər. Bir neçə ədəbi əsərindən və hekayələrindən nümunələr səsləndirdilər. Tarix müəllimləri - M.Osmanova, O.Musayev N.Nərimanovun həyatından ən maraqlı epizodları şagirdlərin diqqətinə çatdırdılar. Onlar N.Nərimanovun öz xalqını sevən, onun təəssübünü çəkən, sovet hakimiyyəti illərində respublikada baş verən ictimai-siyasi hadisələrin mərkəzində olduğu üçün sovet rəhbərliyinin Azərbaycana qarşı yeritdiyi milli siyasətə öz münasibətini açıq bildirdiyindən təzyiqlərə məruz qalan bir şəxsiyyət kimi səcyələndirdilər. Qeyd olundu ki, hakimiyyətdə olduğu dövrdə N.Nərimanov bütün qonşu respublikalarla dostluq münasibəti saxlamış, xüsusən Türkiyədə xalqın azadlıq mübarizəsində Türkiyəni dəstəkləmişdir. Sonralar Atatürk Nərimanovun bu köməkliyinin əvəzinin ödənilməsini təklif edəndə N.Nərimanov ona “qardaş-qardaşa borc verməz, əlindən tutar” - deyə cavab vermişdir.