Şagird uğuru

Balakən rayon Olimpiya İdman Kompleksində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş, şəhidlərimizin əziz xatirəsinə keçirilən yeniyetmələr və məktəblilər arasında boks üzrə açıq rayon turnirində məktəbimizin 7b sinif şagirdi Abdullazadə Soltan Elşən oğlu uğurla çıxış edərək 48 kq çəki dərəcəsində I yerə layiq görülmüşdür.
Soltanı bu əlamətdar nailiyyəti münasibətilə ürəkdən təbrik edir, ona gələcək yarışlarda da daha böyük uğurlar arzu edirik!