15 sentyabr – Bilik Günü qeyd olunub

     15 sentyabr 2025-ci il tarixində 90 nömrəli tam orta məktəbdə yeni tədris ilinin başlanğıcı – Bilik Günü münasibətilə tədbir keçirildi. Tədbirdə məktəbimizin Şəhid məzunları olan Əli Seyidovun, Osman Manafovun, Tural Dəmirçiyevin və Elcan Məmmədovun anaları fəxri qonaq qismində iştirak ediblər.
     Məktəbin həyətində təşkil olunan tədbirdə müəllimlər, şagirdlər və valideynlər iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Şəhidlərimizin əziz ruhu 1 dəqiqəıik sükutla yad olunub.
    Məktəbin direktoru Vələddin Nurəddinov tədbiri giriş sözü ilə açaraq, yeni dərs ilində qarşıya qoyulan məqsədlərdən danışdı, bütün şagirdləri və müəllim kollektivi təbrik edərək uğurlar arzuladı. Xüsusilə ilk dəfə məktəbə qədəm qoyan birinci sinif şagirdləri üçün bu günün əlamətdar olduğu qeyd olundu və onlara yeni təhsil həyatında müvəffəqiyyət diləndi.
     Tədbirin davamında 2025-2026-cı tədris ilinin ilk dərs mövzusu – “Konstitusiya və Suverenlik ili” çərçivəsində II-XI siniflərdə maarifləndirici söhbətlər aparıldı. 
     İlk dərsin yüksək səviyyədə təşkili və keçirilməsi
tərbiyə işləri üzrə direktor müavini Aygün Sadıqova, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Alvina Cavadova, Günel Muradova, Sevinc Zaxarova  tərəfindən koordinasiya olunub.
     Məktəbin istedadlı şagirdlərinin təqdim etdiyi ədəbi-bədii kompozisiyalar tədbirə xüsusi rəng qatdı. Yeni dərs ili münasibətilə bütün təhsil ictimaiyyətinə uğurlar və nailiyyətlər arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi