Yeni dərs ili “Konstitusiya və Suverenlik İli” mövzusunda ilk dərslə başladı

     Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub. Bu münasibətlə 90 nömrəli tam orta məktəbdə 2025–2026-cı tədris ilinin ilk dərsi II–XI siniflərdə məhz bu mövzuya həsr olundu.
     Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq, ilk dərsin vahid şəkildə təşkili məqsədilə məktəbdə maarifləndirici dərslər keçirildi. Şagirdlərə Azərbaycanın suverenliyi, konstitusiya tariximiz, milli dəyərlər və dövlətçilik ənənələri barədə ətraflı məlumatlar verildi. Onlar bu dəyərli məlumatları maraqla dinlədilər, suallar verdilər və mövzu ətrafında aktiv müzakirələr apardılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi