UMT həftəsinin son günündə növbəti maarifləndirici görüş keçirilib

     Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNISEF ) birgə fəaliyyət planı əsasında ARTİ tərəfindən həyata keçirilən " Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi " adlı pilot layihə çərçivəsində məktəb rəhbəri Vələddin Nurəddinov sinif rəhbərləri ilə maarifləndirici görüş keçirib.
      Məktəb psixoloqu Cəmilə Məmmədova və UMT komissiyasının üzvləri tərbiyə işləri üzrə direktor müavini Aygün Sadiqova,təlim-tərbiyə işləri üzrə direktor müavini Alvina Cavadova sinif rəhbərlərinə layihə haqqında geniş məlumat veriblər. Müəllimlərə uşaq müdafiəsi və təhlükəsizliyi barədə söhbətlər aparılıb, onların layihə ilə bağlı fikirləri, təəssüratları dinlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi