Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun Sabunçu rayonu üzrə iştirakçıları ilə görüş keçirildi

Bakı Gənclər Mərkəzində Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçiriləcək Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Sabunçu rayonunu təmsil edəcək iştirakçılarla görüşdü. Görüşdə məktəbin 11b sinif şagirdi Əmrahlı Fidan 90 nömrəli tam orta məktəbi təmsil edib.

Görüş zamanı R.Vəliyeva bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu ili “Uşaq ili” elan etməsi ilə əlaqədar həmin ildən başlayaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ənənəvi olaraq uşaqların həyatında əhəmiyyətli hadisə olan Azərbaycan Uşaqlarının Forumları həyata keçirilir. R.Vəliyeva Forumda Sabunçu rayonunu təmsil etmək hüququ qazanan uşaqları təbrik etdi və onlara uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi