FƏRQLƏNMƏ ATTESTATLARI TƏQDİM OLUNUB

     Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 
N3-29-59/3-2-323F/2024 10.07.2024 tarixli əmrinə əsasən  Ümumi və tam orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vuran şagird və məzunlara  fərqlənmə attestatı verilib.   
    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin ümumi orta təhsil səviyyəsini bitirmiş məzunlarına fərqlənmə attestatlarının verilməsi qaydalarına əsasən məktəb rəhbəri Svetlana Nəbiyeva :

1) 9A sinif şagirdi Dəmirçiyeva Nərgiz Nizami qızı,

2) 9A sinif şagirdi İsmayılova Nigar Elbrus qızı,

3) 9B sinif şagirdi Məmmədova Mələk Etibar qızı,

4) 9E sinif şagirdi Məmmədli Fatimə Aqil qızı,

5) 9E sinif şagirdi Quluyev Sənan Sərdar oğlu,

6) 9E sinif şagirdi Sərkərova Zəhra Sakin qızını fərqlənmə attestatı ilə təltif edib. Onları təbrik edib və uğurlar arzulayıb.  
       Qeyd edək ki, ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatları ümumi orta və ya tam orta təhsil səviyyəsində oxuduğu müddətdə nümunəvi davranışı ilə fərqlənən, bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan, ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplayan, tam orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə 5 (beş) qiymət alan və ən azı 75 (yetmiş beş) bal toplayan məzunlara verilir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi