Taekvondo idman növü üzrə qalibiyyət4 “Ç” sinif şagirdimiz Məmməd İmran “Zəfər” Taekvondo Klubunun açıq birinciliyində taekvondo idman növü üzrə keçirilən yarışda 33 kq çəki dərəcəsində I yerə layiq görülüb. Məktəb rəhbərliyi adından İmranı təbrik edirik. Uğurların davamlı olsun...
CUDO İDMAN NÖVÜ ÜZRƏ QALİBİYYƏT4 “Ç” sinif şagirdimiz Xədicə Məmmədova cüdo idman növü üzrə Yeniyetmələr arasında keçirilən Bakı şəhər birinciliyində 32 kq çəki dərəcəsində III yerə layiq görülüb.
"Qış kuboku" futbol turniri keçirilib29-31 yanvar 2018-ci il tarixlərində "Vətən" RİOEUG futbol məktəbində 16 komandanın iştirakı ilə "Qış kuboku" futbol turniri təşkil edilib. Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 3 ”A” sinif şagirdi Məhəmmədəli Məmmədov məktəbimizi "Zirə" komandasında təmsil edib. Bu gün turnirə yekun vurulub. III yer uğrunda oyunda "Leon-2" və "Zirə" komandaları qarşılaşıb. Rəqibini üstələyən "Zirə" III yerə sahib çıxıb. Final oyunundan sonra qaliblər mükafatlandırılıb. Sonra müvafiq olaraq I, II və III yerin qalibi olmuş komandalara diplom və medallar təqdim edilib.