Nailiyyətlərimiz

Vaxtanq Çabukiani adına V Beynəlxalq Xoreoqrafiya Festivalı01- 04 aprel tarixlərində Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi Xəzər Məmmədov Tbilisidə keçirilən Vaxtanq Çabukiani adına uşaq və yeniyetmələrin xoreoqrafiya sənəti üzrə V Beynəlxalq festival-müsabiqəsində iştirak edib. Həmin festivalda iştirak edən şagirdimiz I yerə layiq görülüb, diplom və medalla təltif olunub.

Karate idman növü üzrə qalibiyyətMəktəbimizin 4-cü sinif şagirdi Nicat Məmmədov Azərbaycan Respublikası Şito-Ryu Karate Do Federasiyasının təşkil etdiyi XIV Ümumrespublika Çempionatında 9 yaş qrupunda kumite üzrə bacarıq göstərərək 30 kq çəki dərəcəsində II yerə layiq görülmüşdür.

"Ana müqəddəsdir" adlı şeir müsabiqəsiMəktəbimizin IV sinif şagirdi Fatimə Əhədli Xətai rayon Gənclər və İdman İdarəsinin 8 mart – “Beynəlxalq Qadınlar Günü” münasibətilə təşkil etdiyi ibtidai siniflər arasında keçirilən "Ana müqəddəsdir" adlı şeir müsabiqəsində III yerin qalibi olmuşdur. O, müvafiq diplomla təltif olunmuşdur. Fatiməni əldə etdiyi uğuru münasibətilə təbrik edirik.

HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Yunis Rəhimli Vahid

Xədicə Hüseyxanova Eynur

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi