“MƏNİM İLK MÜƏLLİMİM” ADLI ESSE YAZI MÜSABİQƏSİNDƏ QALİBİYYƏTXətai rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi Xətai rayon orta ümüumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Mənim ilk müəllimim” adlı esse yazı müsabiqəsində məktəbimizin X sinif şagirdi Leyla Mirzəliyeva III yer tutduğuna görə diplomla təltif olunmuşdur. Bu münasibətlə məktəb rəhbərliyi adından şagirdimiz Leylanı təbrik edir, ona uğurlar arzulayırıq.
CUDO İDMAN NÖVÜ ÜZRƏ QALİBİYYƏTMübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 3 “C” sinif şagirdi Aslan İsmayılov Şəhid Rüfət Məmmədovun xatirəsinə həsr olunmuş Cüdo Güləş növü üzrə 2009-2011-ci il təvəllüdlü yeniyetmələr arasında keçirilən Xətai rayon Açıq turnirində III yer tutduğuna görə təltif olunmuşdur. Məktəb rəhbərliyi adından Aslanı təbrik edirik. Uğurları davamlı olsun!
Karate idman növü üzrə qalibiyyətMübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 3 “Ç” sinif şagirdi Yusif Rəhimov Kyokuşin Karate üzrə Bakı şəhər Açıq turnirində (2008-2009) 30 çəki dərəcəsində II yerə layiq görülmüşdür. Məktəb rəhbərliyi adından Yusifi təbrik edirik. Uğurları davamlı olsun!