Nailiyyətlərimiz

Cüdo idman növü üzrə qalibiyyətMəktəbin 2 b sinif şagirdi Musa Məmmədli Cüdo üzrə "Təhsil" Respublika İdman Mərkəzinin Uşaq-Gənclər cüdo məktəbinin keçirdiyi yarışda 2012-2013 təvəllüdlü cüdoçular arasında 25 kq çəki dərəcəsində II yerə layiq görüldüyünə görə medal və diplomla təltif olunub. Musanı təbrik edir və uğurlarının davamlı olmasını arzulayırıq.

Cüdo idman növü üzrə qalibiyyətMəktəbin 5c sinif şagirdi Vüqar Əhmədov Cüdo üzrə "Əhmədli" İdman Klubunun açıq birinciliyində 2007-2008 təvəllüdlü cüdoçular arasında 38 kq çəki dərəcəsində keçirilən yarışda III yerə layiq görüldüyünə görə medal və diplomla təltif olunub. Vüqarı təbrik edir və uğurlarının davamlı olmasını arzulayırıq.

Karate idman növü üzrə qalibiyyət14-17 Mart tarixlərində Uşaqlar və yeniyetmələr arasında Azərbaycan Milli Karate Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 10-cu “Baku Open” beynəlxalq karate turniri keçirilib. Turnirdə Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin II sinif şagirdi Davud Adışirinli 10-cu “Baku Open” beynəlxalq karate turnirində II yerin qalibi olaraq diplom və gümüş medalla təltif olunub.

HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Alı Məhərrəmov Mübariz

Nərgiz Zeynallı Rafael

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi