“Bullinq” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Noyabrın 22-də M.Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə bullinq və onun qarşısının alınması istiqaməti üzrə 5-11-ci sinif şagirdləri ilə “Bullinq” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə çıxış edən Uşaq birliyi rəhbəri Məsmə Nəcəfova sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaq, müəyyən həll yollarını göstərmək məqsədilə keçirilən təqdimatda bullinqin mənası, onun hansı növləri və kimlərin bullinq riski altında olduğu haqqında məlumat verib.

Layihə çərçivəsində keçirilən bu kimi maarifləndirmə tədbirləri zamanı hədəf qrupuna daxil olan şəxslərin mövzu ilə bağlı geniş məlumatlar əldə etmələrini və onların həmin məlumatları öz yaxınları və tanışları ilə bölüşmələrini qeyd edib.

Qarşılıqlı diskusiya şəraitində keçən tədbirdə şagirdləri maraqlandıran suallara cavab verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Məktəbin direktoru Cavid Əliyev çıxışında qeyd edib ki,  fiziki və psixoloji zorakılıq halları ilə qarşılaşarsanız məktəb rəhbərliyi və etibar etdiyiniz müəllimlərə müraciət edərək kömək istəyə bilərsiniz. Həmçinin bullinq törədən tərəfi sülh yolu ilə bu əməlindən daşındıra biləcəkləri barədə də məlumatlandırıb.

 Sonda “Mənimlə danış” kampaniyası çərçivəsində xüsusi  maarifləndirici sosial videoçarx nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi