Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirilib

Mayın 8-də Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirilib. Əvvəlcə tədbir dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Tarix müəllimi Samirə Şıxəliyeva ulu öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən, demokratik dövlət quruculuğu konsepsiyasından, böyük xilaskarlıq missiyasından danışıb. Ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini diqqətə çatdıran müəllim ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.

Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsində çıxış etmiş 10 a sinif şagirdi Murad Dadaşzadə çıxışında ümummilli lider Heydər Əliyevin “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamını xatırladaraq ulu öndərin milli dövlətçilik konsepsiyası haqqında məlumat verib.

Məktəbin direktoru Arzu Azadəliyeva tədbirin sonunda Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsində çıxış etmiş 10 a sinif şagirdi Murad Dadaşzadəni diplom və hədiyyə ilə təltif edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi