Milli Aviasiya Akademiyası və Mülki Aviasiya Muzeyinə ekskursiya

Yanvarın 22-də Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 5, 6, 7, 8-ci sinif şagirdlərinin Milli Aviasiya Akademiyasına ekskursiyası təşkil edilmişdir. Ekskursiyaya məktəbin 5, 6, 7, 8-ci siniflərinin sinif rəhbərləri Yeganə Qarayeva, Samirə Şıxəliyeva və Fəxriyyə Bayramova rəhbərlik etmişlər. Ekskursiya çərçivəsində şagirdlər milli aviasiyamızın tarixi və keçdiyi inkişaf yolu ilə tanış olmuş, muzey bələdçilərinin maraqlı söhbətlərini dinləmiş, müxtəlif auditoriyalarda təyyarə və helikopterlərin hərəkət mexanizmləri barədə məlumatlar əldə etmiş, MAA-nın zəngin kitabxanasına da baş çəkərək buradakı iş prosesi ilə maraqlanmışlar. Müəllim və şagirdlər Aviasiya Tarixi Muzeyindəki eksponatlar haqqında maraqlı məlumatlar əldə etmişlər. Ekskursiya boyunca xatirə şəkilləri çəkdirilmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi