“Zəfər Günü"nə həsr olunmuş dərslər keçirilib

Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə təsdiq edilmiş “Tədbirlər Planı”na əsasən “Zəfər Günü” ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu “Tədbirlər Planına”na əsasən Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə ilk dərslər “Zəfər Günü"nə həsr olunub. Dərslərin keçirilməsində əsas məqsəd şagirdləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltməkdən ibarətdir. Şagirdlərə 44 günlük Vətən müharibəsində şücaət göstərmiş şəhidlərin həyat və mübarizə yolunu əks etdirən videoçarxlar nümayiş olunub. Şagirdlər öyrəndikləri məlumatları, şeirləri səsləndiriblər. Həmçinin onların hazırladıqları əl işləri və rəsm nümunələri sərgilənib.
Məktəb şagirdlərinin II Qarabağ döyüşlərində iştirak etmiş qazi hərbçi ilə görüşü təşkil olunub. Görüşdə 44 günlük müharibə zamanı xatirələrindən söhbət açan Vətən müharibəsi iştirakçısı şagirdlərin suallarını cavablayıb.