22 aprel Beynəlxalq Yer Günü

   22 aprel bütün dünyada “Beynəlxalq Yer Günü” kimi qeyd olunur. Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin Uşaq Birliyi Təşkiltı Rəhbəri Şərqiyyə Əliyevanın rəhbərliyi ilə “Beynəlxalq Yer Günü”nə həsr olunmuş seminar keçirilib. “Beynəlxalq Yer Günü”nün keçirilməsində əsas məqsəd təbiət ərazilərində mövcud olan problemlərə, həmin problemlərin həll edilməsi üçün real praktiki və maliyyə yardımının göstərilməsinə ictimaiyyətin diqqətini cəlb etməkdir.

   Şərqiyyə Əliyeva şagirdlərə müxtəlif ekoloji tədbirlərdə iştirak etmək, ağaclar əkmək və yaşıllıqlara qulluq etməyi tövsiyə edib. Həmçinin onları yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizlənməsinə, ətraf mühitin sağlamlaşdırılmasına yönələn kütləvi aksiyalar keçirməklə əhalini ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa çağırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi