Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə Hərbi rəhbər Zöhrab Hacıyevin təşəbbüsü ilə “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir” adlı tədbir təşkil olunub. Tədbirdə Aprel döyüşləri iştirakçılarından olan Polkovnik Eldəniz Sadıqov, Polkovnik-leytenant Bəhram Abdullayev, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. Tədbirin keçirilməsində əsas məqsəd məktəbliləri vətənpərvər ruhda tərbiyə etmək, onlarda vətənə, torpağa qarşı sevgi, bağlılıq hissini gücləndirmək, tariximizi unutdurmamaqdır.Tədbir iştirakçılarına 2016-cı ildə baş vermiş dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimizin təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində 2 min hektardan artıq ərazini işğaldan azad etdiyi haqqında ətraflı məlumat verilib. Tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti- Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurları, həmçinin 44 günlük II Qarabağ müharibəsi zamanı qazanılan tarixi qələbəsi videoçarxlarla nümayiş etdirilib. 

   Polkovnik Eldəniz Sadıqov “Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsidir, xalqımızın iftixar yeridir və ölkəmizin ərazi bütövlüyünü təmin etmək iqtidarında olan yüksək hazırlığa malikdir” fikrini çıxışı zamanı səsləndirib.

   Məktəbin direktoru Cavid Əliyev “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri göstərdi ki, bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda ölümə getməyə hazırdırlar”- deyə bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi