“Şahin” hərbi-idman oyununda növbəti qalibiyyətimiz

   Martın 30-da Cəmşid Naxçıvanski adına Hərbi liseydə gənclərin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb edən “Şahin” hərbi-idman oyunun Xətai rayon mərhələsi keçirilib.

   Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov, BŞGİİ-nin Xətai rayonu üzrə gənclər və idman sektorunun müdiri Tural Əhmədov, Cəmşid Naxçıvanski adına hərbi liseyin rəis müavini polkovnik - leytenant Vüsal Sevxanov, Vətən müharibəsi şəhidi Əkbər Pənahovun atası Yolçu Pənahov çıxış ediblər.

   “Şahin” hərbi - idman oyunun yekun nəticələrinə əsasən Mübariz Nəcəfov adına 86 saylı tam orta məktəbin şagirdlərindən ibarət “Mübarizlər 86” komandası II yerə layiq görülüblər. Şagirdlərimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi