“Yaşıl dünyanın naxışları” müsabiqəsi

   Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Məhz buna görə Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 2d sinif şagirdi Aliyə Əliyeva, 5f sinif şagirdi Ayan Əliyeva və 3c sinif şagirdi Mehparə Əhmədzadə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Yaşıl dünyanın naxışları” müsabiqəsində fəal iştirak etdikləri üçün diplomla mükafatlandırılıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi