31 mart Azərbaycanlıların Soyqırımı Günü

   Azərbaycan xalqına qarşı törədilmiş soyqırım faciələrini qeyd etmək məqsədilə mərhum prezident Heydər Əliyevin 26 mart 1998-ci il “31 Mart Azərbaycanlıların Soyqırımı haqqında” fərmanı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə bu günlə əlaqədar “Açıq dərs”lər və “Dəyirmi masa”lar təşkil olunub. Müəllimlər şagirdlərə Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi, didərgin salınması haqqında tarixi faktlara əsasən məlumat veriblər. Şagirdlərin hazırladıqları divar qəzetlərində həmin soyqırımı əks etdirən müxtəlif rəsmlər və məlumatlar öz əksini tapıb. Azərbaycan xalqına qarşı törədilmiş 31 Mart Soyqırımının Bakı şəhərində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Naxçıvan, Qarabağ və digər ərazilərdə baş verdiyini əks etdirən videoçarxlar şagirdlərə nümayiş etdirilib. Şagirdlərin öyrəndikləri biliklər əsasında fikir mübadiləsi aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi