Məktəb-valideyn-şagird üçbucağı

   Məktəb kontingentini həndəsi fiqurlardan üçbucaqla xarakterizə etmək olar. Bu üçbucağın bir tərəfində şagird, bir tərəfində müəllim, digər tərəfində isə valideyn dayanır. Xüsusilə valideynlərlə münasibətlərin düzgün qurulması, onlarla mütəmadi əlaqə saxlanılması şagirdlərin məktəbə maraq və məsuliyyətinin artmasına səbəb olur ki, bu da birbaşa təhsilin keyfiyyətinə öz təsirini göstərir. Buna görə də məktəb kollektivi olaraq daim valideynlərin fikirlərini dinləyir və dəyərləndiririk.

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə təhsilin keyfiyyətinin artırılmasında müsbət nəticə əldə etmək, valideyn- şagird- müəllim münasibətlərində yaranan problemlərin onların psixologiyasına təsiri barədə məlumatlandırmaq üçün valideyn komitələri ilə seminar təşkil olunub. Valideynlərin fikirləri dinlənilib, onları maraqlandıran suallar rəhbərlik tərəfindən cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi