Məktəbimizdə "İdman həftəsi"

   Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. 5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsinin keçirilməsi layihəsi təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir.

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə “İdman həftəsi”ndə müxtəlif idman növləri üzrə yarış, müsabiqə, turnir, görüş, tədbir və s. keçirilib. Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir. Məktəbin şagirdləri  futbol, taekvondo,  gimnastika, güləş, cüdo, şahmat, voleybol, dama və s. idman növləri üzrə təşkil olunmuş oyunlarda, yarışlarda iştirak ediblər.

  Sonda qalib gələn şagirdlər rəhbərlik tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi