“İnsan orqanizmi" mövzusunda "Açıq dərs" keçirilib

   Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir. İdman həftəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması və sağlam həyat tərzinin təbliğindən ibarətdir.

   5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı keçirilən idman həftəsində Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin biologiya müəllimi İrina Məmmədovanın rəhbərliyi, 8f sinif şagirdlərinin iştirakı ilə “İnsan orqanizmi, onun fəaliyyəti, daxili və xarici orqanların xüsusiyyətləri” mövzusunda “Açıq dərs” keçirilib. “Açıq dərs”də məktəbin direktoru Cavid Əliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Ülkər İsmayılova, Uşaq Birliyi Təşkilatı Rəhbəri Şərqiyyə Əliyeva iştirak ediblər. Şagirdlərə idmanla məşğul olmanın fiziki və mənəvi inkişafına əhəmiyyəti barədə ətraflı məlumatlar verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi