“Azadlığına qovuşmuş Xocalı”

   “Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı”na əsasən Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə Nəzakət Cahangirovanın rəhbərliyi, Azərbaycan dili və ədəbiyyat müəllimləri Zərnurə Musayeva və Ülviyyə Əsgərovanın təşkilatçılığı ilə “Azadlığına qovuşmuş Xocalı” adlı tədbir keçirilib.

   Tədbirdə məktəbin direktoru Cavid Əliyev başda olmaqla fənn müəllimləri, Gənclərin Hərbi Vətənpərvərlik Tərbiyəsi və İdeoloji Hazırlığı şöbəsinin müdiri Adil Haqverdiyev, Gənclərin Hərbi Vətənpərvərlik Tərbiyəsi və İdeoloji Hazırlığı şöbəsinin baş mütəxəssisi Nəbi Hacıyev, Xətai rayon Veteranlar Təşkilatının şöbə müdiri Adil Əzməmmədov və yuxarı sinif şagirdləri iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, himn ifa olunduqdan sonra vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

   Tədbirdə erməni silahlı dəstələrinin Xocalıda milli-etnik mənsubiyyətə görə azərbaycanlılara qarşı törətdikləri qətliamı, soyqırımı özündə əks etdirən videoçarxlar nümayiş etdirilib. ”Azərbaycan xalqı, dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutdurmayacaqdır”- fikri tədbir aparıcılarının çıxışında dəfələrlə öz əksini tapıb. Şagirdlər müxtəlif kompozisiyalar nümayiş etdirib, şeirlər söyləyiblər.  Tədbirin final mərhələsində Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun 44 günlük II Qarabağ müharibəsində qazanmış olduğu tarixi zəfəri özündə əks etdirən videoçarx nümayiş olunub.

   Sonda çıxış edən Cavid Əliyev xalqımızın əzmini, mübarizə ruhunu və vətənpərvərliyini vurğulayaraq, artıq Xocalı şəhərinin də digər ərazilərimiz kimi işğaldan azad edildiyini qürür hissi ilə bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi