Xocalı soyqırımına həsr olunmuş xüsusi dərslər keçirilib

   “Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı”na əsasən Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə dərslər “Xocalı soyqırımının 32-ci ildönümü”nə həsr olunub.

   26 fevral tarixində ilk dərslər “Xocalı soyqırımı” qurbanlarının xatirəsinin yad edilməsi ilə başlanıb. Məktəbin müəllimləri dərs zamanı Xocalıda törədilən erməni vəhşiliyi və bunun dəhşətləri barədə şagirdlərə tarixi faktlarla geniş məlumat veriblər. Bundan başqa, dərs zamanı “Xocalı soyqırımı” ilə bağlı videoçarxlar nümayiş olunub. Şagirdlər 1992-ci ilin 26 fevralında Xocalıda milli-etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı törədilmiş qətliam barədə bir daha məlumatlandırılıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi