“Ana harayı” abidəsi ziyarət edilib

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məkəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri Şərqiyyə Əliyeva və tarix müəllimi Ayşəm Həsənovanın rəhbərliyi ilə 7d sinif şagirdləri Bakıda Xocalı soyqırımı abidəsi olan “Ana harayı” abidəsini ziyarət ediblər. Ayşəm Həsənova şagirdlərə Xocalıda milli-etnik mənsubiyyətə görə azərbaycanlılara qarşı törədilən qətliam barədə məlumat verib, ”Azərbaycan xalqının Xocalı faciəsini heç vaxt unutmayacağını bildirib. Həmçinin müzəffər Azərbaycan ordusunun 44 günlük II Qarabağ müharibəsindən sonra torpaqlarımızı azad edərək, ərazi bütövlüyünü  bərpa etdiyini qürur hissi ilə bir daha vurğulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi