“Dilimizi qoruyaq” adlı tədbir keçirilib

Mübariz Nəcəov adına 86 nömrəli tam orta məktəbdə 21 fevral- Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dilimizi qoruyaq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə “Bizim milli birlik və həmrəyliyimizi təmin edən ana dilimizi qorumaq, inkişaf etdirmək və yaşatmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur” fikri aparıcıların çıxışı zamanı səsləndirilib. Ana dilimizin, dövlət dilimizin inkişafı sahəsində əvəzolunmaz xidmətlər göstərmiş ümummilli liderimiz Heydər Əliyev həm də ana dilimizi sevmək, onu bilmək və yaşatmaq, inkişaf etdirmək və təbliğ etmək məsuliyyətini də bir vəzifə kimi müəyyənləşdirərək hər bir azərbaycanlıya, gələcək nəsillərə əbədiyaşar sözlərlə səsləndiyi videoçarx tədbir iştirakçılarına nümayiş etdirilib.
Şagirdlərin səsləndirdikləri şeirlər, mahnı ifaları dinlənilib, rəqslər və müxtəlif səhnəciklər maraqla izlənilib.
Tədbirin sonunda məktəbin direktoru Cavid Əliyev sarsılmaz özülə malik olan milli mənəvi dəyərlər sistemimizin önündə gələn Ana dili milli ruhumuzun bərqərar olduğu ən ali, ən böyük milli dəyərimizdir fikrini bir daha qürur hissi ilə vurğulayıb, ana dilimizi qorumağın hər bir Azərbaycan vətəndaşının vəzifə borcu olduğunu bildirib.