“Sağlam həyat tərzinin şərtləri”

   Sürətli həyat tempi, ekologiyanın pisləşməsi, informasiya və texniki xarakterli gərginliyin artması orqanizmə mənfi təsir göstərir. Ona görə də sağlamlığı qorumaq qaydalarını bilmək və ona əməl etmək vacibdir. Sağlam həyat tərzi dedikdə gümrah yaşamaq və xəstəliklərdən uzaq olmaq nəzərdə tutulur. Buna görə də Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri Şərqiyyə Əliyevanın və psixoloq Şəfəq Soltanovanın təşəbbüsü ilə “Sağlam həyat tərzinin şərtləri” mövzusunda maarifləndirici seminar keçirilib.

   Şərqiyyə Əliyeva düzgün qidalanmanın və müntəzəm olaraq idmanla məşğul olmağın faydaları barədə şagirdlərə ətraflı məlumat verib.

   Şəfəq Soltanova çıxışı zamanı zərərli vərdişlərin həyat fəaliyyətinin aşağı düşməsinə ciddi təsir göstərən səbəblərdən biri olduğunu qeyd edib və şagirdlərin bu vərdişlərdən uzaq olmaları ilə bağlı öz tövsiyələrini verib. Həmçinin şagirdlərə “Reproduktiv sağlamlıq nədir?” mövzusunda da geniş məlumat verilib və videoçarx nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi