Sağlam şagirdlər gələcəyin sağlam vətəndaşlarıdır

Ölkənin ümumtəhsil məktəblərində məktəblilərin fiziki tərbiyəsi, sağlamlığı, keyfiyyətli qidalanması daima diqqət mərkəzində olub. Azərbaycan dövlət siyasətinin prioritetləri sırasında gənc nəslin fiziki və mənəvi sağlamlığının təmin edilməsi əsas yer tutur. Bunu nəzərə alan aidiyyətli orqanlar tərəfindən lazımi tədbirlər həyata keçirilməsi prosesi davam edir.
Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin şagirdlərinin tibb heyəti ilə görüşü keçirilib. Görüş zamanı sağlamlıq sahəsində məlumatlılığın əhəmiyyəti, zərərli vərdişlərin insan orqanizmi üçün mənfi təsirləri və məktəblilər arasında kobud davranış qaydalarının mənfi nəticələri barədə iştirakçılara ətraflı məlumat verilib. Daha sonra oftalmoloq, lor, cərrah və nevropotoloq həkimlər tərəfindən şagirdlər müayinə olunublar.