Kitabxanada “Dəyirmi masa” keçirilib

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə  14 Fevral- Beynəlxalq Kitab Bağışlama Günü qeyd edilib.

   Məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri Şərqiyyə Əliyevanın təşəbbüsü, 3e sinif şagirdlərinin iştirakı ilə kitaba məhəbbəti yaradan Beynəlxalq Kitab Bağışlama Gününə həsr olunmuş mühazirə, seminar və “Dəyirmi masa”lar keçirilib, kitab bağışlama aksiyaları təşkil olunub. Tədbirlərin keçirilməsinin əsas məqsədi şagirdlərin mütaliəyə, təhsilə, elmi biliklərə, kitaba marağının artırılması, onların mənəvi aləminin zənginləşməsi, dünyagörüşünün və maraq dairəsinin genişləndirilməsindən ibarətdir.

   Tədbirlərdə məktəbin kitabxana müdiri Gülnarə Abbasova şagirdlərə Beynəlxalq Kitab Bağışlama Günü barədə ətraflı məlumat verib. O, şagirdlərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində, dünyagörüşünün formalaşmasında mütaliənin mühüm rol oynadığını bildirib.

   Sonda şagirdlər və müəllimlər biri-birinə kitab hədiyyə ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi