“14 fevral- Beynəlxalq Kitab Bağışlama Günü”dür

Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə 14 fevral-Beynəlxalq Kitab Bağışlama Günü qeyd edilib. Məktəblilərin elmə, təhsilə, eyni zamanda, kitaba marağının artırılması, onların dünyagörüşünün inkişaf etdirilməsi məqsədilə təhsilalanlar arasında kitab bağışlanma aksiyası həyata keçirilib. Məktəbin bütün şagirdləri bu aksiyada fəal iştirak ediblər.