Psixoloq saatı: Hörümçək toru

Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin psixoloqu Şəfəq Soltanova yeniyetmə şagirdlərlə neqativ əhval –ruhiyyənin azaldılması, aqressiv davranışların korreksiyası və qrupdaxili münasibətlərin müsbət tənzimlənməsi məqsədilə görüş keçirib. Tətbiq olunan texnika “Hörümçək Toru “ adlanır.
Şagirdlər bu texnika vasitəsilə həm əyləniblər, həm də yoldaşlarının bilmədikləri xüsusiyyətlərini, həssas yanaşmalı olduqları məqamları öyrəniblər.