“XII əsr Azərbaycan memarlıq abidələri”

Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin tarix müəllimi Ayşəm Həsənovanın rəhbərliyi ilə 7d sinif şagirdləri ilə “XII əsr Azərbaycan memarlıq abidələri” mövzusunda “Açıq dərs” təşkil olunub. Ayşəm Həsənova Azərbaycan abidələri içərisində öz gözəlliyi, kompozisiya xüsusiyyətləri, dekorativ bəzəkləri ilə seçilən, yüksək sənət əsəri və orta əsr Azərbaycan memarlığının şah əsəri olan Möminə Xatın türbəsi, Qız qalası, Yusif ibn Küseyir türbəsi, Gəncə darvazası və digər tarixi abidələr haqqında ətraflı məlumat verib. XII əsr Azərbaycan memarlıq abidələrini əks etdirən videoçarx və şagirdlərin hazırladıqları əl işləri nümayiş etdirilib.