2 fevral - Azərbaycan Gəncləri Günü

Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə 2 Fevral- Azərbaycan Gəncləri Günü münasibətilə gənc müəllimlərlə görüş keçirilib.
Gənc müəllimləri mütəşəkkil olaraq maarifçilik işinə töhfə verməyə səsləyən məktəbin direktoru Cavid Əliyev cəmiyyətdə müəllim adının və nüfuzunun qorunub saxlanması estafetinin onların əlində olduğunu söyləyib.
Beynəlxalq miqyasda Azərbaycanı təmsil etmək və millətin səsi olmaq vəzifəsinin gənclərin üzərinə düşdüyünü söyləyən təlim-tərbiyə işləri üzrə direktor müavini Ülkər İsmayılova bu missiyada məktəbin, müəllimin əhəmiyyətli rolundan söz açıb.
Görüşdə gənc müəllimlər peşəkar inkişafda göstərdikləri səmərəli fəaliyyətlərinə görə rəhbərlik tərəfindən Fəxri fərmanla təltif olunublar.