Pedaqoji Şura iclası keçirilib

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin akt zalında 2023/2024-cü tədris ilinin II yarımilinin ilk Pedaqoji Şura iclası keçirilib. Pedaqoji Şura iclasını giriş sözü ilə açan məktəb Həmkarlar Təşkilatının sədri Gülsüm Nəsibova Gündəlik məsələlərlə iclas iştirakçılarını tanış edib.

   Pedaqoji Şura iclasında söz alan məktəbin direktoru Cavid Əliyev I yarımildə BŞTİ tərəfindən keçirilən monitorinqin nəticələri barədə məlumat verib, II yrımildə qarşıda duran vəzifələrdən və tapşırıqlardan danışıb.

   Təlim-tərbiyə işləri üzrə direktor müavini Ülkər İsmayılova I yarımildə şagird nailiyyətləri haqqında geniş məlumat verib. Ülkər İsmayılova təhsilalanlar arasında risk qrupuna daxil olanların müəyyənləşdirilməsi, müəllimlər və şagirdlərlə psixoloji maarifləndirmə işinin gücləndirilməsi məqsədilə məktəbin psixoloqu Şəfəq Soltanova tapşırıqlar verib.

   Ümumi təhsil müəssisələrində təhlükəsizliyi təmin etmək üçün nəzarətin, mühafizə işinin, növbətçiliyin gücləndirilməsi məqsədilə Cavid Əliyev bir sıra təlimatlar verib. Hamıya fövqəladə hallarla bağlı təhlükəsizlik qaydalarına riayət edilməsinə dair tədbirlərin keçirilməsini, sinif rəhbərlərinə şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməməsi ilə bağlı nəzaərin gücləndirilməsi tapşırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi