Valideynlərlə seminar keçirilib

Ümumtəhsil müəssisələrinin şagirdləri arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması sahəsində maarifləndirmə işinin aparılması məqsədilə “Ümumtəhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait”ə əsasən Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə valideynlərlə maarifləndirici seminar keçirilib.
Məktəbin psixoloqu Şəfəq Soltanova valideyn-övlad münasibətlərinin uşaqların sosial və duyğusal inkişafında mühüm rol oynadığını çıxışı zamanı bildirib. O, bildirib ki, zərərli vasitələrdən istifadə adətən, yeniyetməlik dövründən başlayır, ona görə də valideynlərə övladları ilə münasibətdə daha diqqətli olmalarını.söyləyib. Həmçinin valideynlərə öz həyat təcrübələrini onlarla bölüşmək, onların davranışını idarə edən səbəbləri araşdırmaq, problemləri ilə maraqlanmaq və digər vacib tövsiyələr verilib.