Məktəb kitabxanasında “Dəyirmi masa”

   Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planına əsasən Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə kitabxana müdiri Gülnarə Abbasova  və tarix müəllimi Samirə Şıxəliyevanın rəhbərliyi, 5a sinif şagirdlərinin iştirakı ilə 20 Yanvar faciəsinin otuz dördüncü ildönümü ilə əlaqədar “Dəyirmi masa” təşkil edilib.

   Gülnarə Abbasova 20 Yanvar hadisəsinin Azərbaycan tarixində istiqlal yolunun başlanğıcı, milli oyanış günü olduğunu səsləndirib. Üzərindən 34 il ötməsinə baxmayaraq bu tarixin xalqımızın müstəqillik, milli məfkurə uğrunda ayağa qalxdığı, azadlıq üçün qurban getməyə hazır olduğunu sübut etdiyi gün kimi daim xatırlanacağını, xalqımızın mübarizə tarixinin 20 Yanvar səhifəsinin gənc nəsillər tərəfindən hər zaman xatırlanmalı olduğu şagirdlərin diqqətinə çatdırılıb.

   Samirə Şıxəliyeva 20 Yanvar hadisələrinin xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirdiyini çıxışı zamanı səsləndirib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi