“Vətən şəhidləri heç vaxt unutmayacaq!”

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin akt zalında “20 Yanvar faciəsinin otuz dördüncü ildönümü”nə həsr olunmuş “Vətən şəhidləri heç vaxt unutmayacaq!” adlı tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Cavid Əliyev başda olmaqla, məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə direktor müavini Leyla Binnətova, Uşaq Birliyi Təşkilatı Rəhbəri Şərqiyyə Əliyeva, fənn müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

  Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirlərdə tarixə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə geniş söhbət açılıb, iştirakçılara sənədli film nümayiş etdirilib. Şagirdlər 20 Yanvara həsr edilmiş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

   Məktəbin direktoru Cavid Əliyev Azərbaycan xalqının tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsinin təkcə ildönümlərində yox, hər zaman xatırlanmasını şagirdlərə tövsiyə edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi