İlk dərslər “20 Yanvar faciəsinin otuz dördüncü ildönümü”nə həsr olunub

   “20 Yanvar faciəsinin otuz dördüncü ildönümü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı”na əsasən bütün təhsil müəssisələrində xüsusi dərslərin keçirilməsi nəzərdə tutulub.

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə bu əmrə əsasən 19 yanvar tarixdə ilk dərslər “20 Yanvar faciəsinin otuz dördüncü ildönümü”nə həsr olunub. Dərslərin təşkil olunmasında əsas məqsəd şagirdlərə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların Vətənə layiqli övlad kimi yetişdirilməsi və əsl vətəndaş mövqeyinin məktəblilərə aşılanmasına xidmət edir.

   Müəllimlər Azərbaycan xalqının apardığı mübarizə tarixinin bizi 20 Yanvar hadisələrindən keçirib müstəqilliyə və zəfərə qovuşdurduğunu şagirdlərin diqqətinə çatdırıblar.  

   Şagirdlər müxtəlif şeirlər səsləndirib, hazırladıqları rəsmləri və əl işlərini sərgiləyiblər. Dərslərdə “20 Yanvar faciəsi”ni əks etdirən müxtəlif videoçarxlar nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi