“20 Yanvar- Azadlığa gedən yolun zirvəsi”

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə Uşaq Birliyi Təşkilatı Rəhbəri Şərqiyyə Əliyevanın təşəbbüsü ilə “Unudulmaz qan yaddaşımız”adlı rəsm müsabiqəsi təşkil edilib. Müsabiqədə məktəbin ibtidai sinif və yuxarı sinif şagirdləri fəal iştirak ediblər.

   Şagirdlərin hazırladıqları əl işləri və çəkdikləri rəsmlər məktəb rəhbərliyi tərəfindən seçilmiş münsiflər heyəti tərəfindən qiymətləndirilib. Sonda qalib gələn rəsmlərin sahibləri diplomlarla mükafatlandırılıblar.

   Həmçinin məktəbin 5f sinif şagirdlərinin rus dili və ədəbiyyat müəllimi Günel Kərimovanın rəhbərliyi ilə Şəhidlər xiyabanına ziyarəti təşkil olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi