“Uzun Həsən- Ağqoyunlu dövlətinin hökmdarı “ sərgisi

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə dərs və məşğələlər  qurtardıqdan sonra, müxtəlif intelektual və musiqili yarışlar, viktorinalar və digər tədbirlər həyata keçirilir, həmçinin teatrlara və muzeylərə gəzinti təşkil edilir. Tədbirlərin təşkil olunmasında əsas məqsəd şagirdlərdə birgə şənlik, birgə məsuliyyət, kollektivə bağlılıq, digərlərinin fəaliyyətini qiymətləndirmə bacarığı, ədalətlilik, qürurlu olmaq, şəxsiyyətin  formalaşması, diqqətlilik, hazırcavablılıq, ümumi və kollektiv qayda, şərtlər və digər müsbət hisslər formalaşdırmaqdır.

   Bu məqsədlə məktəbin tarix müəllimi Ayşəm Həsənovanın rəhbərliyi ilə 7e sinif şagirdlərinin Heydər Əliyev Mərkəzində keçirilən “Uzun Həsən- Ağqoyunlu dövlətinin hökmdarı “ sərgisinə ekskursiyası təşkil olunub. Uzun Həsənə həsr olunmuş ilk sərgidə eksponatlar vasitəsilə görkəmli dövlət xadimi və sərkərdənin həyatı, onun yaratdığı Ağqoyunlu dövlətinə dair məlumat eksponatlar şagirdlər tərəfindən maraqla izlənilib. Sərgi milli dövlətçilik ənənələrini, qəhrəmanlıq tarixini şagirdlərə və digər iştirakçılara göstərmək üçün mühüm əhəmiyyət kəsb edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi