Şagirdimiz taekvondo idman növü üzrə Azərbaycan birincisidir

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan taekvondo üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimi keçirilib. Bakı İdman Sarayında təşkil olunan tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman naziri Fərid Qayıbov və Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov çıxış ediblər.
Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 9a sinif şagirdi İlyas Hətəmli taekvondo üzrə Azərbaycan birinciliyi olimpiyasında 45 kq çəki üzrə oğlanlar arasında I yer tutduğuna görə təltif olunub. Şagirdimizi təbrik edir, gələcək həyatında uğurlar arzu edirik.