Məişət zorakılığı nədir?

Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə VIII-X sinif şagirdləri ilə "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər Milli Fəaliyyət Planı"na uyğun olaraq “Məişət zorakılığı nədir?” adlı maarifləndirmə xarakterli seminar keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd gələcəyimiz olan uşaqları haqsızlıqdan, ədalətsizlikdən, zorakılıqlardan və bütün təhlükələrdən qorumaq, onlar arasında tərbiyəvi maarifləndirmə işlərini genişləndirməkdir. Seminarda şagirdləri maraqlandıran suallar ətraflı cavablandırıb. Sonda məişət zorakılığına həsr olunmuş videoçarx nümayiş olunub.