İngilis dili fənnindən bilik müsabiqəsi keçirilib

Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Dilarə Novruzovanın təşkilatçılığı ilə bilik müsabiqəsi təşkil olunub. Müsabiqənin təşkil olunmasında məqsəd ibtidai sinif şagirdlərinin xarici dil öyrənməsinə marağın artırılması, qazanılan bilik və bacarıqların yoxlanılmasıdır. Müsabiqədə 116 nömrəli tam orta məktəbin ingilis dili müəllimləri Leyla Kərimova, Xəyalə Həsənova və “Xarıbülbül” komandası, 254 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Günay İbrahimova, həmçinin ingilis dili müəllimləri Xalidə Musayeva, Şahnabat Vəliyeva, Sevinc Məmmədova və “Səyyarlar” komandası, 86 nömrəli tam orta məktəbin ingilis dili müəllimləri Sevinc Paşayeva, Aytən Qəhrəmanova, Züleyxa Qafarova, Yeganə Allahverdiyeva, Sədaqət Kərimova və “Mübarizlər” komandası iştirak ediblər.
Müsabiqənin yekun nəticələrinə əsasən, “Mübarizlər” komandası qalib gələrək I yerə, “Səyyarlar” komandası II yerə, “Xarıbülbül” komandası III yerə layiq görülüb. Müsabiqədə iştirak edən komanda üzvləri məktəbin direktoru Cavid Əliyev tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.