“Heydər Əliyev İli”nin Həmrəylik Günü

1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Artıq bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.
Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə 6d, 6f və 8e sinif şagirdlərin iştirakı və Nəzakət Cahangirovanın təşkilatçılığı ilə “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Tədbir zamanı müxtəlif videoçarxlar nümayiş olunub, şeirlər səsləndirilib və mahnılar ifa edilib. Tədbirdə məktəbin direktoru Cavid Əliyev, məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə direktor müavini Leyla Binnətova, təlim-tərbiyə işləri üzrə direktor müavini Dilarə Novruzova, UBTR Şərqiyyə Əliyeva, psixoloq Şəfəq Soltanova və digər fənn müəllimləri iştirak ediblər.
“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”- Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynadığını Cavid Əliyev çıxışı zamanı səsləndirib.
Sonda Cavid Əliyev tədbirin təşkil olunmasında iştirak edən məktəbin riyaziyyat müəllimi Gülnaz Hüseynova və fiziki tərbiyə müəllimi Şərafəddin Rəhimova təşəkkürünü bildirib, həmçinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bütün müəllim və şagird kollektivini ürəkdən təbrik edib.